RU

Vaşinqtonda güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edilib

Vaşinqtonda güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Vaşinqton ştatında günlərdir davam edən güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri səbəbindən bütün ştat üzrə fövqəladə vəziyyət elan edilib.

Vaşinqton ştatında günlərdir davam edən leysan yağışlar ölkə üzrə daşqınlara və selə səbəb olub.

Güclü yağışlardan sonra çoxsaylı evlər su altında qalıb, körpülər və avtomobil yolları istifadəsiz vəziyyətə düşüb.

Bəzi ailələr damlarda qalarkən, ən azı 2 ev sel sularının təsiri ilə təməlindən qoparaq dağılıb.

Ştat üzrə fövqəladə vəziyyət elan edilib və daşqınlardan təsirlənmiş on minlərlə insan üçün təxliyə əmri verilib.

Ekspertlər xəbərdarlıq ediblər ki, daşqınlar və torpaq sürüşmələri fəlakət həddinə çata bilər.

Vaşinqton ştatında axtarış-xilasetmə və təxliyə işləri davam edir.

Избранный
42
afn.az

1Источники