RU

“Azərbaycanın inkişaf perspektivləri Ulu Öndərin qoyduğu kursun davamıdır” – Elçin Xalidbəyli – ÖZƏL

"Azərbaycanın mərhum prezidenti, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında tarixi rol oynayıb. O, Azərbaycanı regional kataklizmlərdən çıxarmaq üçün bütün mümkün siyasi imkanlardan istifadə edib. Xüsusilə də "Əsrin müqaviləsi" Azərbaycanın gələcək taleyində dönüş nöqtəsi olub və bu müqavilə bu gün Azərbaycanın güclənməsində, güclü iqtisadiyyata və güclü orduya sahib olmasında əsas amillərdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, eyni zamanda Heydər Əliyev olduqca mürəkkəb xarakter daşıyan regional situasiyanı dəqiq dəyərləndirərək balanslı siyasət yaratmağa nail olub. O, dünyanın aparıcı dövlətləri ilə münasibətlərin paralel inkişafı istiqamətində mühüm addımlar atıb və nəticədə Azərbaycanı xarici təsirlərdən və böyük təhlükələrdən xilas etməyə müvəffəq olub.

"Nəticə etibarilə, bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs üzrə inkişaf edərək öz ərazi bütövlüyünü bərpa edib, sərhədlərinin toxunulmazlığını təmin edib və güclü bir dövlətə çevrilərək inkişafını davam etdirir. Təbii ki, Azərbaycan həmişə qərəzli hücumlara məruz qalıb, lakin həmin hücumların dəf olunmasında "Əsrin müqaviləsi"ndən sonra formalaşdırılmış siyasi xətt və balans siyasəti mühüm rol oynayıb," - deyə ekspert əlavə edib.

E. Xalidbəyli qeyd edib ki, Heydər Əliyevin şəxsi nüfuzu və geosiyasi məkanda atdığı dəqiq addımlar Azərbaycanın bugünkü inkişaf perspektivlərinin qarşısını açıb və hazırda ölkə yeni hədəflərə doğru inamla irəliləməkdə davam edir.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
olaylar.az

1Источники