RU

İndoneziyada təbii fəlakətlər oranqutan populyasiyasına mənfi təsir edib

İndoneziyada təbii fəlakətlər oranqutan populyasiyasına mənfi təsir edib

Ekspertlər dünyanın ən nadir böyük meymun növlərindən biri hesab olunan Tapanuli oranqutanlarının İndoneziyanın Sumatra adasında güclü yağışlar səbəbindən baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ciddi itkilər vermiş ola biləcəyini bildirirlər.

BBC-nin məlumatına görə, İndoneziyada 950 insanın həyatını itirməsinə səbəb olan güclü yağışlardan sonra Tapanuli oranqutanlarının taleyi ilə bağlı narahatlıqlar artıb.

Təbiəti qoruma mütəxəssisləri 25 noyabrda Sumatra adasında baş verən Senyar Tropik Fırtınasından sonra adanın şimalındakı dağlıq ərazilərdə yaşayan Tapanuli oranqutanlarının uzun müddət görülmədiyini qeyd ediblər.

Ekspertlər bildiriblər ki, nəsli təhlükə altında olan bu oranqutan növündə baş verəcək hər hansı bir itki həm növün gələcəyi, həm də ekosistem üçün ciddi təsir yarada bilər.

Peykdən əldə olunan görüntüləri araşdıran mütəxəssislər torpaq sürüşmələri nəticəsində minlərlə hektar meşə sahəsinin məhv olduğunu vurğulayaraq, bu ərazilərdə yaşayan çox sayda oranqutanın həyatını itirmiş ola biləcəyini bildiriblər.

Liverpool Con Muris Universitetinin primat biologiyası professoru Serge Viç qeyd edib ki, oranqutanlar güclü yağış zamanı adətən ağaclarda qalaraq yarpaqlardan sığınacaq hazırlayırlar.

Viç “Amma bu dəfə yağış dayandıqda çox gec idi. Yaşam sahələrinin yerləşdiyi vadilərin yamacları torpaq sürüşmələri ilə məhv oldu. Bu, şübhəsiz ki, oranqutanlara təsirsiz ötüşməyib” deyib.

Tapanuli oranqutanları yalnız İndoneziyanın Sumatra adasında, Batanq Toru meşələrində yaşayır və dünyada ən nadir böyük meymun növü kimi tanınır.

Onların sayının 800-dən aşağı olduğu bildirilir və daralan yaşayış sahələri və iqlimlə əlaqəli fəlakətlər səbəbindən təhlükə altında olduqları vurğulanır.

Избранный
25
afn.az

1Источники