RU

Avropa Məhkəməsi hökumətlə jurnalisti barışdırdı

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Arzu Abdullanın (Azruayeva)

“Jurnalist Fəaliyyətinə Müdaxilə”yə dair şikayətini baxılacaq işlər siyahısından çıxarıb.

Gununsesi.info-nun məlumatına görə, buna səbəb jurnalistlə Azərbaycan hökuməti arasında barışıq olması olub .

Bildirilir ki, jurnalist 19 sentyabr 2017-ci il tarixində “Azərbaycan İslam Partiyası”nın tədbirini işıqlandırmaq üçün hadisə yerinə gəlib.

Polis zabitlərinin tədbir yerinə girişi qadağan etdiyini görüb. Jurnalist nişanını taxaraq peşə borcunu yerinə yetirərkən və canlı yayım edərkən, mülki geyimli bir şəxs ona yaxınlaşaraq onu itələyib, telefonunu əlindən alıb və nalayiq ifadələr işlədib.

Həmin şəxs Hacıyevanın çiyninə və kürəyinə yumruqla vurub. Nəticədə jurnalist sağ qol nahiyəsindən və sağ döş qəfəsi nahiyəsinin yumşaq toxumalarının kontuziyası diaqnozu ilə tibbi yardım almışdır.

Qeyd edək ki, Arzu Abdullanı AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

Arzu Abdulla (iddia edilən pis rəftara və yerli səlahiyyətli orqanlar tərəfindən bu iddialara dair effektiv istintaqın aparılmamasına dair şikayətləri ilə bağlı idi.

Hacıyeva həmçinin Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanaraq, onun jurnalist fəaliyyətinə müdaxilə etməsindən və reportaj hazırlayarkən ona pis rəftar tətbiq etməsindən şikayətlənmişdi. AİHM, bu şikayətləri də kommunikasiyaya başlamışdı.

Sonuncu razılaşmaya əsasən hökumət Arzu Abdullaya 7500 avro təzminat ödəməyi öhdəsinə götürüb.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
icma.az

1Источники