Tərtər, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Köçkünlük illərində çox çətinlik gördük, amma ümidimizi itirmədik. Bu gün yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir. Bizi yurdumuza qaytaran Prezidentimizə, Ordumuza minnətdarıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Rəfiqə Əliyeva deyib.
“İndi bizim üçün qayıdış dövrüdür. Doğma torpaqlarda xoş günlərimizin başlanğıcıdır. Allah bir də xalqımıza müharibə, itki, yurd həsrəti göstərməsin. Heç bir ana övladını, heç bir insan yurdunu itirməsin”, – deyə o bildirib.