Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Brann" - "Fənərbağça" (0:4) qarşılaşması Anderson Taliska üçün xüsusi əhəmiyyət daşıyıb.
Milli.Az-ın məlumatına görə, braziliyalı hücumçu matçda het-trik etməklə "Fənərbağça" tarixində avrokubokların səfər oyunlarında üç qol vuran ilk futbolçu adını qazanıb.
31 yaşlı Taliska bu mövsüm İstanbul təmsilçisi ilə çıxdığı 23 rəsmi oyunda 11 qol və 2 asistlə yadda qalıb.
Hüseyn
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.