“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub Azərbaycan klubuna keçidi və Ukraynadan çıxışı barədə danışıb.
Publika.az xəbər verir ki, o komandaya dərindən baxmadan dərhal fikir söyləməyin mümkün olmadığını vurğulayıb:
“İlk gün komandaya baxıb nəticə çıxarmaq mümkün deyil. Əvvəl işləmək, araşdırmaq, öyrənmək lazımdır. Gəlin ən azı 10 gün işləyək, sonra danışa bilərik. Hazırda tamamilə işə fokuslanmışıq: baxırıq, öyrənirik, analiz edirik”.
Urkraynalı mütəxəssis ölkədən çıxışı üçün xüsusi icazə alındığını bildirib:
“2026-cı ilədək - müqaviləm bitənə qədər xaricə çıxmaq icazəsi aldım və sonra mütləq qayıdacağam. Hətta bundan əvvəl də ola bilər. Bu icazə yüksək səviyyədə verilib. Başqa kim verə bilər ki? Siyahıda mənim və köməkçilərimin adları var,” – deyə o qeyd edib.