RU

Apteklərdə dərman satışı elektron reseptlərlə həyata keçiriləcək



12 dekabr 2025-ci il tarixindən etibarən Daşkənd şəhərində və bir sıra digər bölgələrdə dərmanların satışı ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu bölgələrdə dərmanlar elektron reseptlər əsasında veriləcək. Məlumatı Səhiyyə Nazirliyi də təsdiqləyib.

Bu ilin sentyabr ayında qəbul edilmiş hökumət qərarı ilə reseptli dərmanların elektron reseptlər əsasında təyin edilməsi proseduru müəyyən edilib.

Buna əsasən, 10 dekabrdan etibarən Daşkənd şəhərində və pilot layihənin tətbiq olunacağı 15 rayon və şəhərdə “Elektron resept” sistemi tətbiq olunmağa başlayıb. Qalan bölgələrdə isə 2026-cı ilin sonuna qədər istifadəyə veriləcək.

Bu halda, apteklər “Elektron poliklinika”, “Elektron xəstəxana”, “Elektron tibbi kart” və “Elektron resept” modulları ilə real vaxt rejimində məlumat mübadiləsini təmin etməlidirlər.

Cavid
Избранный
18
1
newscenter.az

2Источники