RU

Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Qusar, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, şimal bölgəsində də dərin hörmət və ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında Ulu Öndərin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir.

Rayon icra hakimiyyətlərinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi qarşısına gələrək, önünə gül-çiçək düzüb, dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər.

Bununla yanaşı, rayonların hər birində anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ümumrayon tədbirlərində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı ətraflı danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir. Bu gün dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın iradəsinə əsaslanan siyasət həyata keçirməklə, zirvələrə daşıyacaq lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir.

 

Избранный
28
azertag.az

1Источники