RU

Duman Qəbələ ilə Turan Tovuz u oynamağa qoymadı

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Qəbələ - Turan Tovuz 0:01. Səlahət Ağayev (k)66. Nuğay Rəşidov74. Süleyman Damadayev16. İsaak Amoah3. Eduardo Kunde13. Nicat Əliyev14. Domi Massumo6. Xayme Syerra10. Şahin Şahniyarov50. Adriel Ba Loua12. İbrahim SanqareEhtiyat oyunçular94. Həbib Hüşənov11. Asif Məmmədov22. Fərid İsgəndərov97. Elşad Tağıyev27. Eşqin Əhmədov26. Elnur Mustafayev17. Qədir Ramazanov21. Ziya Şəkərxanov30. Prins OvusuBaş məşqçi: Kaxaber Sxadadze1. Oleq Baklov5. Roderik Miller32. Hayderson Urtado15. Emmanuel Hakman (k)3. Enrike Silva23. Alexandro Serrano19. Roberto Olabe10. Xəyal Nəcəfov7. Xorxe Silva21. Aleks Souza90. Joarlem SantosEhtiyat oyunçular41. Sergey Samok13. Mehman Hacıyev29. Filip Ozobiç17. Rəhim Sadıxov88. Faiq Hacıyev11. Ayxan Hüseynov6. Fərid Yusifli73. Ülvü Mədətov14. Murad Dadaşev30. Mircamal ƏlizadəBaş məşqçi: Kurban BerdıyevVərəqə: yoxdu.Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov (hamısı Bakı).VAR hakimi: Nicat İsmayıllı (Bakı).VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov (Bakı).Hakim-inspektor: Vüsal Əliyev (Bakı).AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).8 dekabr. Qəbələ. Şəhər stadionu.Bir tərəfdə "Araz-Naxçıvan"ı məğlub edəndən sonra motivasiyası birəbeş artan və 3 xala hava-su kimi ehtiyac duyan "Qəbələ", o biri tərəfdə mövsümə çempion olmaq iddiasıyla başlasa da, ardıcıl itkilər üzündən lider "Qarabağ"dan 6 xal geri düşən "Turan Tovuz" və …bir tərəfdə də qatı duman. Bu matçda qalib gələn meydana çıxan komandalardan biri yox, duman oldu. Özü də cəmi 24 dəqiqə ərzində.İlk 24 dəqiqəyə sığan hadisələrə gəlincə, “Qəbələ” matça daha istəkli başladı. Hətta Miller olmasa, meydan sahibləri erkən qola sevinə bilərdi. Lakin panamalının 3-cü dəqiqədə topu təhlükəli zonadan uzaqlaşdırması Sanqarenin ötürməsini qarşılamağa çalışan Ba Louanın Baklovla təkbətək mübarizəyə qoşulmasına mane oldu. 8-ci dəqiqədə növbəti hücumunu reallaşdıran “qırmızı-qaralar” bu dəfə şansı Süleymanın qeyri-dəqiqliyi üzündən qaçırdı. Kaxaber Sxadadzenin komandası bir qədər sonra daha bir imkanı əldən verdi. Daha dəqiqi, Miller yenə Ba Louanın fərqlənməsini əngəllədi. Panamalı dumanlı hava şəraitinə rəğmən, rəqibin qapıyazərbəsini zərərsizləşdirə bildi. Bundan sonra komandaların daha çox mərkəzdə davam edən mübarizəsinə şahidlik etdik. Yaxşı ki, onsuz da duman üzündən ləng oynayan komandalar cansıxıcı tərzdən vaxtında əl çəkdi: 21-ci dəqiqədə ilk tutarlı hücuma atan “Turan Tovuz” Xəyal Səlahətlə bacarmadığına görə məyus oldu. Urtadonun fərqlənmək arzusu da gözündə qaldı. Bundan sonra dumanın meydanda yaşananları görməsinə əngəl yaratdığını görən Tural Qurbanov matçı dayandırmağa məcbur oldu. Beləliklə, qarşılaşma 24-cü dəqiqədə təxirə salındı. Gözdən qaçmadı// Kəskin dumanlı hava şəraiti üzündən 20-ci dəqiqədən etibarən VAR-ın fəaliyyətinin dayandırılmasına qərar verildi və hər iki komandanın kapitanı bu barədə məlumatlandırıldı.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники