RU

Hakan Fidan: Avropa Ukraynaya “çətin seçim”də kömək etməlidir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropanı Ukraynanın “çətin seçim” etməsinə yardım göstərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Fidanın sözlərinə görə, bu, daha böyük itkilərin və fəlakətin qarşısını almaq üçün vacibdir.

Nazirin sözlərinə görə, ərazi məsələləri və təhlükəsizlik zəmanətləri son dərəcə mürəkkəbdir, lakin Türkiyə danışıqlar prosesinə dəstəyini davam etdirir.

Fidan İstanbulun danışıqlara yenidən ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb və yayda keçirilmiş üç raundu xatırladıb. O əlavə edib ki, əsir mübadiləsi və humanitar məsələlərdə əldə olunmuş irəliləyiş gələcək danışıqlar üçün baza rolunu oynayıb.

Nazir xəbərdarlıq edib ki, müharibə artıq Qara dənizə yayılıb və Avropanın digər bölgələrinə də təsir göstərə bilər. Buna görə də tərəfləri elə indi hərbi əməliyyatlara son qoymağa çağırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
13
konkret.az

1Источники