RU

Azərbaycan futzal millisinin üzvü əməliyyat olunub

Azərbaycan futzal millisinin və "Araz-Naxçıvan" klubunun üzvü Mirzə Əmirov Bakıda cərrahiyyə əməliyyatı olunub.

Bu barədə SİA-ya Futzal Federasiyasından məlumat verilib.

Futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək M.Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.

Избранный
18
9
sia.az

10Источники