RU

Real dan Vinisiusa xəbərdarlıq

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi braziliyalı futbolçu Vinisius Juniorun menecerinə yeni müqavilə ilə bağlı xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, braziliyalı forvarda daha əvvəl təklif olunan müqavilə şərtlərinin yaxşılaşdırılmayacağı bildirilib.

“Kral klubu” ulduz futbolçunun qarşısına şərt qoyub. Hücumçu yeni müqaviləyə imza atmasa, 2026-cı ilin yayında transferə çıxarılacaq.

Hazırda Vinisiusun “kral klubu” ilə qüvvədə olan müqaviləsi 2027-ci il iyun ayının sonunadək nəzərdə tutulub.

Braziliya millisinin üzvü cari mövsüm klub səviyyəsində 28 oyunda iştirak edib, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
5
unikal.az

7Источники