Azərbaycan ictimai-siyasi diskursunda Ramiz Mehdiyevin adı gündəmdə qalmağa davam edir. Son günlər Prezident Administrasiyasının sabiq rəhbərinə yaxın olmuş vəzifəli şəxslərin statusu ilə bağlı ciddi dəyişikliklərdən danışılır. Bu dəyişikliklər içərisində universitet rektorlarının vəzifədən azad olunması barədə xəbərlər də xüsusi diqqət çəkir.
İki gün öncə Şahin Əliyevin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi akademik Ramiz Mehdiyevə yaxın olmuş universitet rəhbərlərinin məsələsinin gündəmdən çıxmadığını təsdiqlədi.
Rektor postu ilə vidalaşmalı olan Şahin Əliyev bu vəzifəyə gəlməzdən öncə uzun illər Prezident Administrasiyasında şöbə müdiri işləyib.
Şahin Əliyev siyasi çevrələrdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. Elə onun Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir.
Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi sistemində “boz kardinal” kimi tanınmışdı - Prezident Administrasiyasının rəhbəri kimi mərkəzi hakimiyyət aparatında əsas oyunçulardan biri olmuşdu. 1995–2019-cu illərdə bu postda fəaliyyət göstərərkən bir çox mühüm qərarların verilməsinə təsir göstərmişdi.
Akademik Mehdiyevin uzun illər ərzində formalaşdırdığı şəbəkənin universitetlərdə müxtəlif səviyyələrdə təmsil olunduğu qeyd edilir: bu sırada rektorlar, prorektorlar, dekanlar, kafedra müdirlərinin az olmadığı vurğulanır. Vaxtilə “boz kardinal”ın himayəsilə təhsil ocaqlarında müxtəlif vəzifələrə yerləşən bu şəxslər uzun müddət "yuxarıdan" onlara verilən təlimatlara uyğun davranıblar. Bu isə təhsilin keyfiyyətinə mənfi təsir göstərib. Nəticədə cəmiyyətin ali təhsil ocaqlarındakı mühitə etimadı da zədələnib.
Təhsil ekspertləri deyirlər ki, universitetlərin idarəçiliyi siyasətdən təsirlənmədən, akademik dəyərlər üstün tutularaq həyata keçirilməlidir ki, uzunmüddətli inkişaf təmin edilsin.
Modern.az-ın məlumatlı mənbədən əldə etdiyi xəbərlərə görə, önümüzdəki günlərdə universitet rəhbərlərilə bağlı yeni kadr dəyişikliklərinə şahidlik edəcəyik.
Belə ki, bir sıra ali təhsil ocaqlarına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərin rəhbərlik etdiyi bildirilir. Onların kimlər olduğuna gəlincə, məlumatlı mənbədən növbəti kadr dəyişikliklərinin bu sualın cavabına işıq salacağı bildirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта