RU

“Rafaellə uzun illərdir dostuq, şişirtməyə ehtiyac yoxdur”


“Rafaellə bizim uzun illərdir davam edən dostluğumuz var. Əslində partiyadaxili Nizamnaməni də pozmayıb, parlamentdə baş verən bir hadisədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Milli Məclis sədrinin müavini, sözügedən partiyadan olan deputat Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.
“Bunu şişirtməyə heç bir ehtiyac yoxdur. İstefa verməsi ilə bağlı isə belə bir şey yoxdur. İstefa olacaq-olmayacaq, mən bilmirəm. Sadəcə bizdə belə bir məlumat yoxdur. Töhmət də partiyanın Nəzarət-təftiş komissiyasının üzvlərinin fikri olub. Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın”, - deyə S. Rüstəmxanlı əlavə edib.
Избранный
28
1
yeniavaz.com

7Источники