RU

Zelenski artıq əraziləri geri ala bilməyəcəyini etiraf etdi - Media

Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə münaqişə zamanı Rusiyanın yurisdiksiyasına keçən əraziləri artıq qaytarmayacağını etiraf edib.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.

Nəşrdə deyilir ki, "Zelenski Rusiya tərəfindən qanunsuz olaraq ələ keçirilən bəzi ərazilərin geri qaytarılmaz ola biləcəyini istəksiz olsa da, etiraf etmək üçün kifayət qədər praqmatik görünür".

Eyni zamanda, "The Telegraph" qəzetinin məlumatına görə, Zelenski "bütün Donbası Rusiyaya güzəştə getməyəcək". Qəzet belə bir addımı ABŞ-nin Alyaskadan imtina etməsi ilə müqayisə edib.

Избранный
8
1
operativmm.az

2Источники