RU

Ukrayna dronları Rusiyanın ən böyük neft zavodlarından birinə ağır zərbələr vurub

Bu gecə Rusiyanın Yaroslavl şəhərində yerləşən ən iri neft emalı zavodlarından biri olan “Slavneft-YANOS”da pilotsuz uçuş aparatlarının zərbəsi nəticəsində güclü yanğın baş verib.

FED.az xəbər verir ki, bu barədə “Unian“ Rusiyada sosial şəbəkələrdəki yanğını əks etdirən paylaşımlara və şahidlərə istinadən məlumat yayıb.

Məlumata görə, zavodda ardıcıl olaraq yeddi partlayış baş verib və sonra güclü yanğın başlayıb.

Bildirilir ki, “Slavneft-YANOS” Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir və ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir. Müəssisə benzin, reaktiv yanacaq və yağlar da daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir.

Eyni zamanda, bu gün səhər Orenburq vilayətinin Orsk şəhərində yerləşən strateji mexaniki zavod PUA-ların hücumuna məruz qalıb. Zərbədən sonra zavodda güclü yanğın başlayıb. (Apa)

Избранный
23
2
fed.az

4Источники