RU

DİQQƏT: Telefonunuzu bu hallarda...

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Telefonun uzaqdan “bağlanması” üçün sadəcə iCloud ünvanını bilmək kifayət deyil. Burada əsas təhlükə Apple ID-nin həm emailinin, həm də şifrəsinin bilinməsidir. Çünki iCloud hesabı ilə Find My xidmətinə daxil olmaq mümkün olarsa, cihazı itkin rejiminə salmaq, bloklamaq və ya uzaqdan silmək mümkündür".Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. "Yəni “Lost Mode”, “Remote Erase” və ya “Activation Lock” kimi bütün funksiyalar yalnız Apple ID və şifrə ilə həyata keçirilir. Təkcə mail ünvanını bilmək heç bir imkan yaratmır. Üstəlik, hesabda iki mərhələli təsdiq (2FA) aktivdirsə, şifrəni bilmək də kifayət etmir, çünki hesaba giriş üçün əlavə təsdiq kodu tələb olunur.Praktik olaraq istifadəçini qoruyan üç əsas təhlükəsizlik amili var. Ekran kodu cihazı fiziki müdaxilədən qoruyur, Apple ID parolunun güclü olması məsafədən müdaxiləni çətinləşdirir və 2FA hesabı demək olar ki, toxunulmaz edir".Mütəxəssis deyib ki, əgər bir şəxs keçmişdə sizin iCloud şifrənizi bilibsə, ən doğru addım dərhal parolu dəyişməkdir:"Bundan sonra iki mərhələli təsdiqi aktivləşdirmək və Apple ID-yə bağlı bütün cihazları yoxlamaq lazımdır. Tanımadığınız cihazlar varsa, onları dərhal hesabdan çıxarmaq mümkündür. Bu addımlar hesabın tam təhlükəsizliyini bərpa edir.Yekun olaraq, telefonun uzaqdan bloklanması üçün sadəcə iCloud ünvanını bilmək kifayət deyil, bunun üçün mütləq Apple ID şifrəsinə çıxış tələb olunur".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
demokrat.az

1Источники