RU

Avropa Rusiyanın aktivlərini müddətsiz donduracaq? Ukraynaya “reparasiya krediti” yolu açılır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Aİ ölkələrinin səfirləri Rusiyaya məxsus aktivlərin uzunmüddətli, faktiki olaraq müddətsiz dondurulmasına imkan verəcək mexanizmin işə salınmasına razılıq veriblər. 

“AzPolitika” bildirir ki, bu barədə Qərb mediası xəbər yayıb.

Qərar dondurulmuş aktivlərin saxlanmasını asanlaşdırır və onların uzadılması üçün artıq bütün üzv ölkələrin yekdil dəstəyini tələb etmir. Bu, Ukraynaya veriləcək “reparasiya krediti”nin maliyyələşdirilməsi üçün vacib addım sayılır.

İndiyədək aktivlərin dondurulması hər altı aydan bir yekdilliklə uzadılırdı. Yeni mexanizm isə Avropa Komissiyasına onları müddətsiz saxlaması üçün əlavə səlahiyyət verir və Macarıstan kimi ölkələrin vetosundan yan keçməyə imkan yaradır.

Almaniya və bir sıra ölkələr mexanizmi Aİ Müqaviləsinin 122-ci maddəsinə əsaslandırır ki, bu da gələcəkdə Rusiya aktivlərinin “reparasiya krediti” üçün girov kimi istifadəsinə hüquqi baza yaradır.

Rusiyaya məxsus aktivlərin böyük hissəsi Belçikada saxlanılır. Rəsmi Brüssel ehtiyatla yanaşsa da, belgiyalı rəsmilər bu vəsaitlərin Ukraynanın istifadəsinə yönəlməsinin müəyyən mərhələdə qaçılmaz olduğunu bildirirlər. Baş nazir Bart de Vever risklərin kollektiv bölüşdürülməsini tələb edir.

ABŞ isə ideyanı tam dəstəkləmir və aktivlərin yalnız bir hissəsinin istifadəsini, həmçinin prosesdə ABŞ şirkətlərinin iştirakını təklif edir.

Aİ liderlərinin gələn həftə keçiriləcək sammitdə məsələ ilə bağlı yekun qərar verəcəyi gözlənilir. Moskva mexanizmi faktiki müsadirə kimi qiymətləndirir və cavab addımları ilə hədələyir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
azpolitika.info

1Источники