RU

Tailand Kambocaya qarşı hava zərbələrini gücləndirəcək

Tailand döyüş təyyarələri Kambocanın raket və artilleriya zərbələrinin intensivləşməsi fonunda bu ölkənin sərhəd bölgələrində yerləşən qoşun mövqelərinə hava hücumlarını gücləndirəcək.

Herbiand.az xəbər verir ki, bu barədə Tailand Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Jakkrit Tamviçay brifinq zamanı bildirib.

Onun sözlərinə görə, vəziyyətin dəyişməsinə uyğun olaraq ölkənin hava qüvvələri hücumlarını gücləndirəcək: “Kamboca Tailand xalqının suverenliyini və təhlükəsizliyini təhdid edən hərəkətləri dayandırana qədər əməliyyatlar davam edəcək”.

Tamviçay həmçinin deyib ki, Tailand Hərbi Hava Qüvvələri ordunun və donanmanın quru əməliyyatlarını dəstəkləməyə davam edəcək: “Tailand Kamboca qüvvələrini krallığı təhdid etməyə imkan verən mövqelərdən çıxarmaq üçün fəaliyyətini dvama etdirəcək”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
11
herbiand.az

1Источники