RU

Berlin 500-dən çox kəşfiyyat dronu alacaq

Almaniya 520 Falke tipli kəşfiyyat dronu alacaq. Bunun üçün hökumət yerli dron istehsalçısı Quantum Systems şirkəti ilə 210 milyon avro dəyərində müqavilə bağlamağı planlaşdırır.

Herbiand.az bu barədə Bloomberg agentliyinə istinadən xəbər verir.

“Quantum Systems gələn il Almaniya ordusuna kəşfiyyat dronlarının tədarükü üçün 210 milyon avro (246 milyon dollar) dəyərində müqavilə almalıdır. Almaniya hökuməti 520 Falke sistemi sifariş edəcək”, - agentliyin məlumatında deyilir.

Müqaviləyə 2027-2032-ci illər aralığında əlavə 500 dron tədarük etmək imkanı da daxildir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
9
herbiand.az

1Источники