RU

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanıldı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dubayın Cumeyra və Umm-Suqeym rayonlarında "WeRide" pilotsuz taksilərinin hələlik yalnız sürücünün iştirakı ilə test rejimində kommersiya istismarına başlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, layihənin həyata keçirilməsini "WeRide" və "Uber Technologies" şirkətləri təmin edib. Belə taksiləri "Uber" tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Qeyd olunub ki, test rejimindən tam xidmət rejiminə keçid 2026-cı ilin əvvəlində planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
6
redaktor.az

7Источники