RU

Töhmət alan Rafael Hüseynov istefa verir?

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov partiyadan istefa vermək barədə qərar qəbul edib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, R.Hüseynovun istefa ərizəsini bu gün rəsmən təqdim edəcəyi deyilir.

Bu addımın isə həm partiya daxilində, həm də parlamentdə müəyyən dəyişikliklərə səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib. Buna səbəb onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
16
news.milli.az

10Источники