RU

Birol Akgün: Heydər Əliyevin uzaqgörənliyi qardaşlığımızın təməlidir

"Heydər Əliyev dövlət adamı olaraq hər sahədə millətə dəstək göstərib, xalqın rifahını və ölkənin güclənməsini əsas prioritet kimi müəyyənləşdirib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı jurnalistlərə açıqlamasında eyib.

Səfir bildirib ki, Heydər Əliyev Azərbaycan xalqına hər zaman ən çətin məqamlarda dayaq olub, milli inkişaf strategiyasını formalaşdıraraq dövlətin möhkəmlənməsi üçün misilsiz xidmətlər göstərib.

Onun sözlərinə görə, Ulu Öndərin siyasi irsi bu gün də həm Azərbaycan üçün, həm də region üçün mühüm strateji xətt olaraq davam edir:

“Onun uzaqgörənliyi Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə təkan verib”.

Birol Akgün əlavə edib ki, bu irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və iki qardaş ölkə arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir.

Əli Hüseynov

Избранный
4
3
bakivaxti.az

4Источники