RU

Ermənistan Prezidenti Azərbaycanla sülhdən DANIŞDI

Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə sadiqdir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistan paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Etimad İli 2025" forumunda çıxışışda deyib.

O, bu il avqustun 8-də Vaşinqtonda Yerevan və Bakı tərəfindən sülh müqaviləsinin paraflanmasını və "Tramp marşrutu" layihəsini xatırladıb. Xaçaturyan həmkarlarını regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması prosesinə dəstək verməyə çağırıb.

Xatırladaq ki, forumda Rusiya, İran, Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrin liderləri də iştirak edir. Prezident İlham Əliyev Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı foruma qatılmayıb.

Избранный
43
50
modern.az

10Источники