RU

“Kəpəz” Yevlaxdan çıxarılır? – Rəhbərlik qərarını verdi 

Gəncə stadionu hazır olmadığı üçün “Kəpəz”in ev oyunlarını Yevlaxda keçirməsindən xəbərdarsınız. Komanda əvvəlcə rəqiblərini Qəbələdə qəbul etsə də, daha sonra qonşu rayonu üz tutdu.

Ancaq bir müddətdir iddia edilir ki, “Karvan-Yevlax” rəhbərliyi “Kəpəz”in Yevlaxda oynamasına qarşıdır. Yeni baş məşqçi Füzuli Məmmədovun  rəhbərlikdən elitada qalmaq uğrunda mübarizə apardığı əsas rəqibinin Yevlaxdan çıxarılmasını istədiyi bildirilir. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yazılanlar doğru deyil. “Karvan-Yevlax” rəhbərliyinin belə bir niyyəti yoxdur. Onlar “Kəpəz”in ev oyunlarını Yevlaxda keçirməsinə qarşı deyillər.

Hazırda bununla bağlı hər hansı bir müzakirə aparılmır. 

 

Избранный
6
idmanxeber.az

1Источники