Xocavənd şəhəri və kəndlərində fərdi evlərin layihələndirilməsinə 2.7 milyon sərf olunacaq
Xocavənd şəhəri və kəndləri (Heşan, Yenikənd, Güneyxırman, Quzeyxırman, Qarqar, Qırmızı bazar (bina), Xanoba, Azıx, Zoğalbulaq, Arakül, Edilli, Düdükçü) ərazisində fərdi evlərin layihələndirilməsinə 2 733 021 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, layihələndirmə xidmətini “Art Plus Design” MMC edəcək.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, “bir mənbə metodu” tətbiq olunub.
Cabir
Tarix: 12 Dekabr 2025, 11:04