RU

"Beynəlxalq Əlillər Günü"nə həsr edilmiş futzal turnirinin qalibi müəyyənləşib

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında "3 dekabr Beynəlxalq Əlillər Günü"nə həsr edilmiş futzal turnirinə yekun vurulub.

Aznews.az xəbər verir ki, baş tutan oyunlardan sonra "Azəri" komandası yarışın qalibi olub.

"Ümid" ikinci, "Bakı" isə üçüncü yeri tutub.

Turnirin son oyunlarının ardından mükafatlandırma mərasimi keçirilib.

Избранный
46
3
aznews.az

8Источники