Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında tamformatlı sülh müqaviləsininən qısa zamanda bağlanacağına ümid edirik.
Trend xəbər verirki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabaddakeçirilən Beynəlxalq Sülh və Etimad Forumunda deyib.
“Bizim fikrimizcə, Azərbaycan və Ermənistan tərəfindən birgəsülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət daşıyır və bu,regionda və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçüngeniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcəktamformatlı sülh müqaviləsinin tezliklə imzalanacağına ümidedirik”, – deyə Tokayev qeyd edib.
Prezident Kasım-Jomart Tokayev həmçinin bildirib ki, QazaxıstanUkrayna münaqişəsi üzrə danışıqlar prosesinin aktivləşməsinialqışlayır.
“Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh sazişinin imzalanmasını daalqışlayırıq. Qazaxıstanın İbrahim sazişlərinə qoşulmaq qərarı buregiondakı vəziyyətin sabitləşdirilməsinə öz töhfəsini verməkistəyindən irəli gəlir”, – deyə qazaxıstanlı dövlət başçısıvurğulayıb.