Bakı. Trend:
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) “Early-Stage InnovationPlatform” adlı təşəbbüsünə (regional texniki yardım layihəsinə)qoşulan 40-dan çox ölkənin sıralarına daxil olub.
Trend bu barədəAİB-ə istinadən məlumat verir.
Təşəbbüs iştirakçı ölkələrin geniş dairəsini bir araya gətirir.Onlar arasında Azərbaycan, Ermənistan, Banqladeş, Butan,Bruney-Darülsəlam, Kamboca, Kuk adaları, Fici, MikroneziyaFederativ Ştatları, Gürcüstan, Honkonq (Çin), Hindistan,İndoneziya, Qazaxıstan, Qırğızıstan, Kiribati, Koreya Respublikası,Laos, Malayziya, Maldiv adaları, Monqolustan, Nauru, Nepal, Niue,Pakistan, Palau, Filippin, Papua–Yeni Qvineya, Çin, Marşalladaları, Samoa, Sinqapur, Solomon adaları, Şri-Lanka, Tacikistan,Taypey (Çin), Tayland, Timor-Leşte, Türkmənistan, Tonqa, Türkiyə,Tuvalu, Özbəkistan, Vanuatu və Vyetnam yer alır.
Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondundan ayrılmış 1milyon dollar vəsaiti hesabına maliyyələşdirilir.
Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin digərtəfərrüatları hələ açıqlanmır.