Havalar soyuduqdan sonra yəqin çoxları həyətdə işə düşməyən, ya da güc-bəla ilə işə düşən avtomobilləri görüb. Qış gəlincə bir çox insan xəstələndiyi kimi, avtomobillər də işə düşmür. Bəs bu hal qanunauyğunluqdur, yoxsa?
Avtosfer.az xəbər verir ki, rus avtomobil eksperti Sergey Petrov tam əksini düşünür. Onun fikrincə, soyuq hava avtomobilin sürücünü pis anda yolda qoyması anlamına gəlməməlidir.
Ekspertin qənaətincə, mühərrikin normal işə düşməsi üçün ilk növbədə akkumulyator saz olmalıdır. Buna görə də, payızda, havalar kəskin soyumadan qurğu diaqnostika olunmalıdır. Gərginlik normal səviyyədə deyilsə, deməli dəyişmə vaxtıdır. Ya da sürücü səhərlər akkumulyatorun “çətinlik çəkdiyini” görürsə, onu qış gəlmədən təzələməlidir. Eyni zamanda, yağ mövsümə uyğun olmalı, mühərrikdə il boyu keyfiyyətli antifriz işlədilməlidir.
Mütəxəssis başqa bir məqamı xüsusi vurğulayır. O bildirir ki, soyuq havada avtomobili qısa müddət də olsa qızdırmaq lazımdır. İstehsalçılar bunun lüzumsuz olduğunu iddia etsələr də, fizika qanunları dəyişmir. Digər tərəfdən, mühərrik müəyyən dərəcədə qızdırıldıqdan sonra hərəkətə başladıqda elektronikanın da ömrü uzanır.
Petrov vurğulayır ki, mühərriki saz, akumulyatoru təzə, elektronikası qaydasında olan avtomobil sürücüyə səghər saatlarında sürpriz yaşatmır.
Vüqar