RU

İlham Abbasov: "Ulu Öndərin fəaliyyəti hər zaman xalqın maraqlarına xidmət etmişdir"



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm də bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan cəmiyyətində hər zaman dərin ehtiram hissi ilə qeyd olunur, çünki dahi liderin fəaliyyəti yalnız siyasi arenada deyil, həm də sosial həyatın bütün sahələrində böyük dönüş yaradıb. Ümummilli Liderin sosial siyasət fəlsəfəsinin əsasında insan amili dayanırdı. Dövlət-vətəndaş münasibətlərinin mərkəzində xalqın rifahının dayanması, sosial müdafiə sisteminin formalaşdırılması, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət həmin dövrün əsas prioritetlərindən biri idi. Ulu Öndər hər zaman vurğulayırdı ki, dövlətin gücü xalqın rifahı ilə ölçülür və məhz buna görə də sosial islahatlar geniş miqyas aldı.

Ulu Öndərin mədəniyyətə, elmə və təhsilə göstərdiyi diqqət ölkənin intellektual inkişaf xəttinin təməlini qoydu. Təhsil islahatları, gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi, milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyev siyasətinin aparıcı istiqamətləri idi. Ulu Ondər Azərbaycanın mədəni təsisatlarını yenidən gücləndirərək milli kimliyimizin dünyada tanıdılmasına geniş imkanlar açdı. Gənclərin sağlam, dünyagörüşlü və vətənpərvər yetişməsi dövlət strategiyasının mühüm tərkib hissəsinə çevrildi.

Bu gün Azərbaycan cəmiyyəti Ulu Öndərin yatadığı bu humanist və sosialyönümlü dövlətçilik modelinin bəhrələrini yaşayır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial proqramlar, təhsil və mədəniyyət siyasətinin gücləndirilməsi Heydər Əliyevin ideyalarının müasir davamıdır. 12 dekabrda xalqımız yalnız böyük lideri xatırlamır, həm də onun humanizmə əsaslanan dövlətçilik fəlsəfəsinin ölkənin gələcək inkişafına verdiyi töhfələri dərin minnətdarlıqla yad edir.

Məhz Ulu Öndərin müdrik rəhbərliyi altında 1993-2003-cü illərdə müasir Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Məhz həmin illərdə Ulu Öndərin nail olduğu xalqla iqtidar arasındakı birlik ölkənin ən mühüm uğurlarının əsasında durdu. Məhz bu birlik illər sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili siyasət kursu nəticəsində daha da möhkəmləndi və mahiyyət etibarı ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəmizin əsasında duran ümummilli həmrəylik amilini formalaşdırdı.

İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.




Избранный
14
1
aia.az

2Источники