Çempionlar Liqasında əsas mərhələnin 6-cı turuna yekun vuruldu.
"Football-plus.az" təəssüf edir ki, tur ''Qarabağ'' üçün uğursuz oldu.
Təmsilçimiz ''Tofiq Bəhramov''da autsayder ''Ayaks''a 2:4 uduzmaqla ''24-lük'' yolunda çox ciddi bir zərbə aldı. ''Köhlən atlar'' 6-cı turu 7 xalla 22-ci pillədə tamamladılar. Amsterdam nəhəngi əzmkarlıq sərgiləyərək avrokuboklardakı 8 oyunluq məğlubiyyət seriyasına, yəni tarixinin ən pis göstəricisinə son qoydu!
Qonaqların heyətində yaşı 20-dən aşağı olan iki futbolçu - Sean Steur və Don-Ancelo Konadu aktivinə məhsuldar ötürmə yazdı. Özü də bu, onların ÇL-də debüt oyunu idi. XXI əsrdə cəmi 3-cü dəfə ÇL-də bir klubun heyətində yaşı 20-dən az olan birdən-birə iki futbolçu bir matçda aktivinə məhsuldar hərəkət yazdı.
Daha öncə bunu 2019-da ''Zaltsburq''un heyətində ''Genk''lə oyunda Holann və Soboslai, 2016-da Dortmund ''Borussiya''sının heyətində ''Legiya'' ilə oyunda Dembele və Pulişiç bacarmışdı. Ən maraqlısı odu ki, ''Ayaks'' iki dəfə hesabda geri düşdükdən sonra qalib gəlməklə son 52 ildə bir ilkə imza atdı!
Bu komandanın avrokuboklarda iki dəfə hesabda geri düşdüyü matçda qalib gəlməsi faktına sonuncu dəfə 1973-cü ildə Avropa superkuboku çərçivəsində ''Reyncers''lə görüşdə (3:2) rast gəlinmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта