Onun sözlərinə görə, hökumət təkcə zərərçəkənlərə kompensasiya ödəməklə kifayətlənməməli, həm də xüsusi vasitələrin tətbiqi ilə bağlı dəqiq və sərt qaydalar hazırlamalıdır.
Kurdovanidze qeyd edib ki, bu qərar gələcəkdə dinc aksiyaların müdafiəsi üçün yeni imkanlar açır. AİHM-in tələblərinə görə, Gürcüstan:
Dinc aksiya iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə etməməli;
Texniki risklər nəzərə alınmaqla hüquq-mühafizə orqanları üçün detallı qaydalar hazırlamalı;
Rezindən hazırlanmış kinestetik vasitələri (rezin güllələr) yalnız son çarə kimi və real həyat təhlükəsi olduqda tətbiq etməli;
Bu vasitələri kütləyə qarşı ümumi nəzarət aləti kimi deyil, yalnız fərdi hədəfə yönəlmiş şəkildə istifadə etməli;
Onların tətbiqində insan sağlamlığı üçün riskləri minimuma endirməli;
Metal tərkibli və çoxkomponentli güllələrdən istifadə etməməli;
Tətbiqdən əvvəl xəbərdarlıq etməli;
Bu vasitələri yalnız xüsusi hazırlıqlı əməkdaşlar istifadə etməli;
İstifadə prosesi ciddi əmrlə və nəzarətlə həyata keçirilməlidir.