RU

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Avrokuboklarda növbəti tur başa çatıb.

Apasport.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

“Qarabağ” Çempionlar Liqasında “Ayaks”a uduzub və xal qazandırmayıb. Azərbaycan 22.250 xalla 26-cı sırada qərarlaşıb.

27-ci pillədəki Sloveniya da yerində qalıb. Ölkənin avrokuboklardakı yeganə təmsilçisi “Çelye” Konfrans Liqasında “Riyeka”ya uduzub. Sloveniyanın aktivində 22.219 xal var.

25-ci sıradakı Ukrayna isə xal ehtiyatını artırıb. “Şaxtyor” Konfrans Liqasında Maltada “Hamrun”u məğlub etməklə (2:0) ölkəsinə 0.500 xal qazandırıb. Ukrayna 22.850 xalla 25-ci pillədədir.

Reytinqə 103.339 xalla İngiltərə başçılıq edir.

Ertem Şener "Zirə"nin qonağı olub - FOTO

FIFA reytinqi: Azərbaycan millisi ili 74-cü pillədə başa vurub

U-19 millimizin rəqibləri bəlli olub

Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib

Misli Premyer Liqası: XV turun təyinatları

Избранный
11
1
apasport.az

2Источники