RU

"Reddit" Avstraliyanı məhkəməyə verir: uşaqlara sosial şəbəkə qadağasına görə

"Reddit" Avstraliyanı məhkəməyə verir: uşaqlara sosial şəbəkə qadağasına görə

"Reddit" onlayn platforması Avstraliya hökumətinin 10 dekabrda qüvvəyə minmiş 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə giriş qadağasını məhkəmədə mübahisələndirəcək.

AFN.az xəbər verir ki, bu barədə "Sky News Australia" şirkətin iddia ərizəsinə istinadən xəbər verib.

"Reddit" bildirir ki, yeni qanun yalnız yeniyetmələri deyil, həm də böyükləri zərərli və potensial təhlükəli doğrulama prosedurlarından keçməyə məcbur edir və ünsiyyət azadlığını məhdudlaşdırır. Şirkət qeyd edir ki, qadağa uşaqların və yeniyetmələrin fikir bildirməsinə əngəl yaradır və Avstraliyada siyasi ünsiyyət imkanlarını məhdudlaşdırır. Bu, yeniyetmələri ictimai və siyasi diskussiyalardan təcrid edir.

"Reddit" məhkəmədə sübut etmək niyyətindədir ki, onu qadağan olunan sosial şəbəkələr siyahısına daxil etmək düzgün olmayıb, çünki platforma “ənənəvi sosial şəbəkə deyil, böyüklər üçün forumdur”. Şirkət gənclərin internetdə qorunmasını dəstəklədiyini vurğulasa da, “məxfilik üçün daha hədəfli tədbirlərin” tətbiqini tövsiyə edir.

Qanuna əsasən, 10 dekabrdan etibarən Avstraliyada 16 yaşdan kiçiklərin sosial şəbəkələrə girişi qadağan edilib. Sosial şəbəkələr hesabları deaktiv etməli və mövcud qadağa Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube-u əhatə edir. Hökumət bildirir ki, qadağan olunan platformaların siyahısı genişləndirilə bilər.

Избранный
86
afn.az

1Источники