RU

Haaland: “Himn oxunanda ağlayacağam”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Norveç millisinin futbolçusu Erlinq Haaland DÇ-2026 haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “City Report”a danışan hücumçu ilk dəfə mundialda oynaması haqda bunları deyib:

“İnanılmaz hisslərdir, ilk dəfə dünya çempionatında oynayacağam. Atam 1994-cü ildə ABŞ-də keçirilən mundialda oynayıb. İndi ilk dəfə mən bu ölkədə keçirilən dünya çempionatının bir parçası olacağam. Möhtəşəmdir. Dərim ürpəşəcək. Bəlkə də, himn oxunanda ağlayacağam”.

ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
futbolpress.az

1Источники