RU

Tanınmış hücumçu ​Qarabağ a təklif edildi

Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ"ın sabiq hücumçusu, hazırda ölkəsi Braziliyada "Flamenqo"da çıxış edən Juninyo Olavio qış fasiləsində Azərbaycan təmsilçisinə qayıtması gündəmdədir.

Metbuat.az Fanat.az-a istinadən xəbər verir ki, onun yanvarda icarəyə götürülməsi mümkündür.

"Famenqo" ilə hələ yayda Juninyonu yenidən heyətə qatmaq məqsədi ilə danışıq aparan, lakin olduqca yüksək maddi tələblər səbəbindən istəyinə çatmayan "köhlənlər" gələn ilin birinci ayında icarə variantını reallaşdıra bilərlər.

İndiki komandasında əsas hücumçuya çevrilə bilməsə də, bir müddət öncə Libertadores Kubokunu qazanan 29 yaşlı forvard yenidən "Qarabağ"da oynamaq variantına isti yanaşır.

Onu da qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Ağdam komandasının braziliyalı cinah müdafiəçisi Mateus Silva sərgilədiyi performansla Juninyonun klubunun diqqətini çəkib. Düzdür, A Seriyası təmsilçisi "Qarabağ"ın qapısını rəsmi təkliflə döyməyib, amma menecerlər Mateusa "Flamenqo"nun ona maraq göstərməsi ilə bağlı məlumat veriblər. Braziliyalılar sözügedən arxa xətt oyunçusunu Juninyo ilə dəyişməyi münasib gediş sayırlar. Hərçənd bu yöndə tərəflər hələ müzakirə aparmayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
5
metbuat.az

6Источники