RU

İndiana ştatı Trampın seçki dairələrinin yenidən bölünməsi təşəbbüsünü rədd edib

Respublikaçıların çoxluq təşkil etdiyi Senat Ağ Evin təzyiqindən narazılıöını ifadə edib...

Poliqon xəbər verir ki, ABŞ-ın İndiana ştatı Senatı prezident Donald Trampın seçki dairələrinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı təşəbbüsünü qəbul etməyib. Associated Press Agentliyinin məlumatına görə, səsvermə zamanı 31 senator təşəbbüsün əleyhinə, 19 senator isə lehinə çıxış edib. Qeyd edək ki, Senatda çoxluq Respublikaçılar Partiyasına məxsusdur.

AP yazır ki, seçki dairələrinin sərhədlərinin dəyişdirilməsi respublikaçıların federal Konqresdəki təmsilçiliyini yeddi nəfərdən doqquza çatdırmaq imkanı yarada bilərdi. Lakin təşəbbüsə qarşı səs verən respublikaçı qanunvericilər bu addımı “Ağ Evin həddindən artıq təzyiqi” ilə əsaslandırıblar.

Tramp administrasiyasının təşəbbüsü 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə Respublikaçıların Nümayəndələr Palatasındakı mövcud çoxluğunu qorumaq və möhkəmləndirmək məqsədi daşıyırdı. Artıq Texas, Missuri, Ohayo və Şimali Karolina ştatları öz seçki dairələrinin sərhədlərini yenidən tənzimləyiblər.

Poliqon.info

Избранный
89
poliqon.info

1Источники