ABŞ Nümayəndələr Palatası konqresmen Al Qrinin (Texas ştatından Demokrat) Pprezident Donald Trampın ölüm hökmü ilə bağlı açıqlamalarına görə impiçment təklifini rədd edib.
Publika.az xəbər verir ki, səsvermə "C-SPAN" kanalında yayımlanıb.
Qrinin 10 dekabrda təqdim etdiyi impiçment qətnaməsi səs çoxluğu ilə rədd edilib: Nümayəndələr Palatasının 237 üzvü lehinə, 140 üzvü əleyhinə səs verib və 47 nəfər bitərəf qalıb. Qrin Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə və demokratiyanı sarsıtmaqda günahlandırdı. Onun Amerika qoşunlarını əmrlərə tabe olmamağa təşviq etməyin ölümlə cəzalandırıla biləcəyi ilə bağlı şərhlərini qeyd edib.