RU

Avropa liseyində Milli Qəhrəman Aleksandr Kalyaninovun doğum gününə həsr olunmuş xatirə tədbiri keçirilib

 

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Bakı Avropa liseyində Azərbaycan Respublikasının Milli Qəhrəmanı, həmin liseyin məzunu Aleksandr Kalyaninovun doğum gününə həsr olunmuş xatirə tədbiri keçirilib. Bildirilib ki, Aleksandr Kalyaninov Azərbaycan aviasiya tarixində peşəkarlığı və fədakarlığı ilə tanınan pilot kimi yaddaşlarda qalıb. Vurğulanıb ki, onun Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası zamanı göstərdiyi peşəkarlıq və qəhrəmanlıq gənc nəslə nümunədir.

Qəhrəman pilotun və qəzada həlak olan ekipaj üzvlərinin, sərnişinlərin əziz xatirəsi ehtiramla yad edilib. Tədbir Aleksandr Kalyaninovun xatirəsinə liseyin həyətyanı sahəsində badam ağacının əkilməsi və Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş aviasiya qəzasında həlak olmuş 38 nəfər şəhidin ruhu yad edilərək 38 göyərçinin səmaya buraxılması ilə başlayıb, daha sonra liseyin akt zalında Aleksandr Kalyaninovun həyat yolunu əks etdirən film və ədəbi-bədii kompozisiyanın nümayiş etdirilməsi ilə davam edib. Anım mərasimində Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova, iş yoldaşları, sinif yoldaşları, yaxın dostları, eləcə də aviasiya qəzasında həlak olmuş digər pilotlar – İqor Kşnyakin və Hökumə Əliyevanın ailə üzvləri, qəza zamanı sağ qalmış ekipaj üzvləri – stüard Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Hava Yolları QSC-nin, Azərbaycan Aviasiya Akademiyasının, Xətai Rayon İcra Hakimiyyətinin, Ağ Şəhərin, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri də iştirak edib. Qonaqlar Aleksandr Kalyaninovla bağlı xatirələrini bölüşmüşlər.

 

 

 

Избранный
78
azertag.az

1Источники