RU

“Star Wars”un ilk afişası rekord qiymətə satıldı

“Star Wars”un ilk afişası rekord qiymətə satıldı

“Ulduz Müharibələri” (Star Wars) filminin 50 il əvvəl tanıtımını edən afişa hərracda 3 milyon 875 min dollara satılıb.

Rəssam və afişa dizayneri Tom Cunq tərəfindən 1977-ci ildə akril və airbrush texnikası ilə hazırlanmış bu afişa ABŞ-dakı Heritage Auctions hərrac evində satışa çıxarılıb.

Film nümayişə çıxmazdan iki həftə əvvəl təqdim olunan və çox bəyənilən ikonik afişa açıq hərracda 3 milyon 875 min dollara satılaraq, 1 milyon dollardan satışa çıxarılan əsər “Star Wars” seriyasının ən yüksək qiymətli əsəri və bütün film sənayesindəki ən dəyərli afişa işinə çevrilib. Əvvəlki rekord isə 3,6 milyon dollara satılan “Star Wars” filmlərindəki pis obraz Dars Vaderin işıq qılıncına aid idi.

Afişanın əvvəlcə prodüser Qeri Kurtzun ofisində asılı olduğu və sonradan ailəsi tərəfindən satışa çıxarıldığı bildirilib.

Afişada Lyuk Skayvolkerin işıq qılıncını havaya qaldırdığı, arxasında Şahzadə Leyanın yerləşdiyi kompozisiyanın üzərində Dart Veyderin siluetinin olduğu görünür.

Digər tərəfdə isə X-wing döyüş təyyarələrinin hücum etdiyi, Han Solo və Skayvolkerin medal aldığı səhnə təsvir edilib.

Heritage Auctions nümayəndələri vurğulayıb ki, bu tablo yalnız film xatirəsi deyil, həm də Amerika pop mədəniyyətinin vacib bir hissəsidir və “Star Wars” seriyasının qlobal pərəstişkar kütləsi satış qiymətini yüksəldən amillərdən biridir.

Избранный
41
afn.az

1Источники