RU

Bizim ölkələrimiz dost ölkələrdir

Dekabrın 8-də Bratislaviyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatla çıxış ediblər. Slovakiya Respublikasının Prezidenti öz çıxışında bəyan etdi ki, İlham Əliyevin onun dəvətini qəbul etdiyi üçün çox şaddır. Azərbaycan Respublikasının Prezidentinin Slovakiyaya ilk səfəridir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək istəyirik. Bizim ölkələrimiz dost ölkələrdir.

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Bizim ticarət dövriyyəmiz artmaqdadır. Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Biz gələcəkdə Slovakiya və Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik – müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələr. Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət enerji təchizatının şaxələnməsindən gedir. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və bir də Azərbaycanın resurslarından istifadə edə bilək. Müdafiə sənayesi çox vacib sahədir. Biz, Azərbaycana sadəcə silah satmaq niyyətində deyilik. Biz, özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Bildiyimiz kimi, Slovak  şirkəti Qarabağ bölgəsində “ağıllı kənd” inşa edir. Eyni zamanda bizim idxal-ixrac bankımız da müxtəlif layihələri maliyələşdirməyə hazırdır. Şadam ki, Macarıstan “Wizz Air” şirkəti fəal şəkildə bizim ölkələri birləşdirir. Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər. Cənab Prezident, bir daha Sizi Bratislavada salamlayıram. Əminəm ki, Sizin rəsmi səfəriniz bizim əməkdaşlığımızda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatla çıxış edərək, Slovakiya Prezidentinə dəvət üçün öz təşəkkürünü bildirdi. Bizim görüşümüz iki ölkə arasında əlaqələrə çox müsbət təsir göstərəcək. Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Əlavə etmək istərdim ki, müştərək komandalarımız fəal işləyir, birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Keçən il ilk dəfə Azərbaycan qazı ilə Slovakiya təchiz edilmişdir. Azərbaycan qazı almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, Bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa ittifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Azərbaycan öz xarici siyasət prioritetlərini çox olan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzinin yaradılması haqqında danışmışıq. Azərbaycanda kifayət qədər böyük enerji potensialı var. Bu istiqamətdə Slovakiya şirkətləri ilə çalışmaq fikrindəyik.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə təşəkkür etdi və çox məmnun olduğunu bildirdi.

Leyla Quliyeva, 
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Избранный
34
ikisahil.az

1Источники