RU

“Villa Badam”da tullantıların yandırıldı, nazirlik 8 min cərimə etdi

BAKI, 12 dekabr. TELEQRAF

“Villa Badam” Yaşayış Kompleksində tullantılar qanunsuz şəkildə qalaqlanaraq yandırılıb.

Teleqraf xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsi Saray qəsəbəsindəki “Villa Badam” ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması nəticəsində atmosfer havasının çirkləndirilməsini aşkar edib. Faktı təsdiqləyən akt, fotoşəkillər və digər sənədlər iş materiallarına əlavə olunub.

Abşeron Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.3-cü maddələri ilə yaşayış kompleksinin aid olduğu MMC-ni 8 min manat məbləğində cərimə edib.

Избранный
59
teleqraf.com

1Источники