RU

Kolumbiyali futbolçu “Beşiktaş”a QAYIDIR

"Atletiko Paranaense" "Beşiktaş"dan icarəyə götürdüyü Elan Rikardo ilə bağlı qərar verib.

Paralel.az xəbər verir ki , Braziliya klubu kolumbiyalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "RTI Esporte" məlumat yayıb.

B Seriyası təmsilçisi Rikardo üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq.
 

Klub həmçinin, 21 yaşlı oyunçunu icarə müddətinin bitməsinə 6 ay qalmış, yəni yanvar ayında göndərəcək. Gənc oyunçu qış fasiləsində "Beşiktaş"a qayıdacaq.


Qeyd edək ki, "Atletiko Paranaense" Elan Rikardonu bu ilin avqust ayında icarəyə götürüb.

Futbolçu komandanın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Избранный
23
3
paralel.az

4Источники