RU

ABŞ dan heç bir dəvət almamışıq Peskov

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya ABŞ-dan G7-yə bənzər yeni “beşlik” formatına dəvət almayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Politico nəşrində yer alan məlumatı şərh edərkən deyib.

“Bu məsələ ilə bağlı Ağ Evdən heç bir açıqlama olmayıb”, — deyə Peskov Rusiya KİV-lərinə bildirib.

O, ABŞ-ın təklifinin hələlik nəzəri xarakter daşıdığını və konkret heç bir söhbət aparılmadığını diqqətə çatdırıb.

Peskov rusiyalılara bu məlumatlara skeptik yanaşmağı və rəsmi açıqlamaları gözləməyi tövsiyə edib.

Qeyd edək ki, “Politico”nun yazdığına görə, ABŞ “Əsas beşlik” (Core 5) adlandırılan yeni format yaratmağı planlaşdırır. Bu formata Çin, Hindistan, Yaponiya və Rusiya daxil ola bilər. Rusiya 1997-ci ildən G8-in üzvü olsa da, 2014-cü ildə Krımın ilhaqı səbəbindən qrupdan çıxarılmışdı. Hazırda G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Kanada, Yaponiya və ABŞ daxildir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
globalinfo.az

1Источники