RU

Ceymi Vardi A Seriyasının noyabr ayının ən yaxşı futbolçusu seçildi

“Kremoneze”nin hücumçusu Ceymi Vardi İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə liqanın rəsmi X hesabında məlumat verilib:

“Hekayə bitməyib, sadəcə yeni bir fəsil açılıb. Ceymi Vardi – noyabrın ən yaxşı oyunçusu”.

Keçmiş “Lester” forvardı ay ərzində 3 qola imza atıb. O, “Yuventus”la görüşdə fərqlənib (1:2), “Bolonya” ilə matçda isə dubl edərək komandasına qələbə qazandırıb (3:1).

38 yaşlı hücumçu səsvermədə “Milan”ın qapıçısı Mayk Menyanı, “İnter”in lideri Lautaro Martinesi, “Napoli”nin vingeri David Neresı, “Cenoa” müdafiəçisi Leo Estiqoru və “Udineze”nin yarımmüdafiəçisi Nikolo Dzanolonu qabaqlayıb.

Vardi 2 sentyabr 2025-ci ildə “Kremoneze”yə azad agent kimi keçib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir və əlavə bir mövsüm uzadılma imkanı var.

Избранный
30
90deqiqe.az

1Источники