RU

Budapeştdə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovvə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziriPeter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–MacarıstanStrateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib.

Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.

İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməlsəviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar vəyüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafınəzərdən keçirilib.

Tərəflər ticarət, investisiya, enerji, nəqliyyat və logistikasahələrinə fokuslanaraq yeni əməkdaşlıq üfüqlərinin açılmasının sondərəcə vacib olduğunu vurğulayıblar.

Macarıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərininbərpasında, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidənqurulmasında iştirakına diqqət çəkilib.

Qeyd edilib ki, Azərbaycan Macarıstanın türk dünyasındakı aktivrolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda yaxınkoordinasiyanı yüksək qiymətləndirir.

Görüşün sonunda tərəflər Macarıstanın Energetika Nazirliyi iləAzərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətrafmühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu,həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclasınınProtokolunu imzalayıblar.

Məqalədə:
Избранный
28
14
az.trend.az

10Источники