RU

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyevin anımgünüdür. 2003-cü ilin 12 dekabr tarixindən bizləri ayıran 22 ilÜmummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davametdirilməsinə şahidlik edir. Vətənini, torpağını, xalqını canındanartıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və bunanail olan Ulu Öndər elə möhkəm təməl yaratdı ki, onun üzərindəAzərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Bu günÜmummilli Liderin ruhu şaddır. Vaxtilə Onun ən böyük arzusu olanişğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızındoğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatınbaşlanması artıq reallığa çevrilib. Şəhidlərimizin qanı, canıbahasına əldə olunan Zəfərimiz, suverenliyimizin tam bərpasıAzərbaycanın müstəqillik tarixini daha da zənginləşdirərək, uğursəhifələrinin sayının artmasını şərtləndirir. Ümummilli Liderinözünün də qeyd etdiyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən dəvaram. Mən isə Azərbaycanda əbədi olacağam!”

Təbii ki, bu əbədiliyi şərtləndirən dahi şəxsiyyətinhakimiyyətinin hər iki dövründə Azərbaycanın bugünü, gələcəyi üçüngördüyü misilsiz işlər, eyni zamanda, bu siyasətin davamını təminedən 1 oktyabr 2003-cü ildə xalqa müraciəti oldu. Ulu Öndərxilaskarlıq missiyasını 1993-cü ildə baş verən iyun hadisələrizamanı Azərbaycanı daxili və xarici düşmənlərdən qorumaqla datəsdiqlədi. Varlığı sual altında olan, AXC-Müsavat cütlüyününxəyanətləri üzündən dağılmaq təhlükəsi ilə üz-üzə qalanrespublikamızı parçalanmaqdan xilas edən, ölkədə yarananqarşıdurmaları aradan qaldıran, separatizimin qarşısını alan,müstəqilliyimizi istəməyənlərin ölkəmizdə sabitliyin pozulması üçünetdikləri müdaxilələri aradan qaldıran Ulu Öndər Heydər Əliyevondan nicat gözləyənlərin ümidi oldu. 1991-1993-cü illərdəAzərbaycanda yaşanan faciəli hadisələr ölkəmizin müstəqilliyinisual altına qoymuşdu. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünündövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindənsonra vəziyyət daha da ağırlaşmışdı. Ölkəmizdə xaos, anarxiya,özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqlaməşğul idi. Torpaqlarımız işğal altına düşmüşdü və bununla bağlıçoxsaylı qaçqınlar-köçkünlər yaranmışdı. AXC-Müsavat hakimiyyətiqardaş qanı axıtdı, vətəndaş müharibəsinə başladı və bu, xalqımızınböyük faciəsi idi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətidövründə yaşananlar müstəqillik tariximizin qaranlıq səhifələrindəxüsusi yer alıb. Tariximizin bu səhifələrini vərəqlədikcə lideramilinin hər bir ölkənin inkişafında, gələcəyində əsas amilolduğunu daha aydın şəkildə görürük. 1993-cü ildə Ümummilli LiderHeydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydıAzərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Bu qayıdışAzərbaycanı böyük bəlalardan xilas etdi. Dahi şəxsiyyət HeydərƏliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın öz dahi rəhbərinəinamı sayəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan,iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəmqoydu, torpaqlarımızın işğalının qarşısı alındı. Ümummilli Lİderöncə bu çağırışı etdi ki, müstəqilliyimizi və suverenliyimizi daimietmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünyaazərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafındasıx birləşməlidir. Dünya azərbaycanlıları bu çağırışı böyük ruhyüksəkliyi ilə qarşıladı, müstəqil Azərbaycanın bugünü və gələcəyiüçün birlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan 50 milyonluqdünya azərbaycanlılarının Vətəni kimi diqqətdə oldu.

Ölkə iqtisadiyyatının bərbad hala salındığı, dövlət büdcəsinindağıdıldığı, daxili qarşıdurmalara bilərəkdən münbit şəraityaradıldığı o çətin günlərdə Azərbaycanın müstəqilliyi naminəhəyatını təhlükəyə atan, xalqın təkidli tələbinə cavab olaraqBakıya qayıdan Ulu Öndər liderlik fəaliyyətini daha mürəkkəb siyasişəraitdə, geniş sferada davam etdirdi. 3 oktyabr 1993-cü ildəkeçirilən prezident seçkilərində ümumxalq etimadını qazanaraqrespublikaya rəhbərliyə başlayan müdrik şəxsiyyət Heydər Əliyevzəngin dövlətçilik təcrübəsinə arxalanaraq xalqın itirilən inamınıözünə qaytardı.

Ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsiniqarşıya qoyan Ulu Öndər Heydər Əliyev bu sahədə də böyük müdriklikgöstərirdi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılması üçün var gücü ilə çalışırdı. Ordu quruculuğuistiqamətində apardığı islahatları ilə müdafiə qüdrətimizin möhkəm,etibarlı təməlini qoyan dahi şəxsiyyət böyük fəlakətlər qarşısındaolan Azərbaycan naminə hamını birliyə səslədi. Azərbaycanınmüstəqilliyinin əbədiliyini təmin etmək üçün bütün çətinlikləriaradan qaldıran, 1994, həmçinin 1995-ci illərdə baş verəndövlətçiliyə qəsd cəhdlərinin qarşısını siyasi iradəsi ilə alan UluÖndərin ətrafında daha sıx birləşən xalqımız Azərbaycanın inkişafınaminə aparılan quruculuq işlərində də birlik, həmrəylik nümayişetdirdi.

Dövlət başçısı İlham Əliyev ötən ilin yanvarında yerliteleviziya kanallarına müsahibəsində qeyd etmişdir ki, son 20 ilintarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildəAzərbaycan xalqı düzgün seçim etmişdi. Müstəqil tariximizin ənhəlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizingələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi,yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqaistiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansıbəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizinilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan vədüşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqilölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Bugünküreallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik,çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəmqoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu vəölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərinhadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünküdövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaşcəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıqönəmli bir amilə çevrildi.

Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmışsiyasəti nəticəsində Azərbaycan qısa zamanda sabitlik diyarınaçevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurlareallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tamsahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclütəkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasınınilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edənköklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlətquruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycanxalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amalətrafında birləşdirən azərbaycançılıq ideologiyasınınformalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması,ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdarhadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması,Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar vəsivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi genişşöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramınıntərkib hissələri olmuşdur. Hazırda Azərbaycan ən mötəbər beynəlxalqtəşkilatlarda təmsil olunur, dünya siyasətinə təsir imkanlarıartır. BMT-nin, ATƏT-in, Qoşulmama Hərəkatının üzvü, CənubiQafqazın lider ölkəsi kimi tanınan Azərbaycan dünyada sözsahiblərindən biri kimi böyük nüfuz qazanıb. Dünya ictimaiyyətinindiqqətlə izlədiyi beynəlxalq tədbirlərə ev sahibliyi edən,sivilizasiyalararası körpü rolunu uğurla davam etdirən Azərbaycanıntürk birliyinin, İslam həmrəyliyinin möhkəmlənməsindəki rolu daəvəzsizdir. Bu həmrəyliyin təməli Ulu Öndər Heydər Əliyevtərəfindən yaradılıb. Tarixi Zəfərimizin, suverenliyimizinbərpasının yaratdığı reallıqlar fonunda bu birlik, həmrəylik dahada möhkəmlənir. Qarabağın tacı Şuşa Türk dünyasının, İslamdünyasının mədəniyyət paytaxtı kimi dünyanın diqqətində oldu. Dünyaazərbaycanlılarını bir araya gətirərək onların V- Zəfər Qurultayınaşahidlik edən Şuşa, eyni zamanda, Türk Dövlətləri TəşkilatınınZirvə görüşünə ev sahibliyi etdi. Azərbaycanın ötən il COP29-a evsahibliyi isə bir daha əməkdaşlıqda, yeni körpülərin qurulmasındanə qədər maraqlı olduğunu təsdiqlədi. Azərbaycan, eyni zamanda,ötən il D-8 təşkilatına üzv qəbul edildi. Bu gün işğaldan azadedilmiş ərazilərimiz beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinintəntənəsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cüilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması da özündə mühümməqamları ehtiva etdi. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyiilə bağlı olan bu mühüm addım, həmçinin cənab İlham Əliyevin 20illik Prezidentlik dövrünün təqdimatı oldu. Artıq bütün vədləryerinə yetirilmişdir. Azərbaycan 2023-cü ilin sentyabrındasuverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoydu. “HeydərƏliyev İli” çərçivəsində Azərbaycan Prezident İlham Əliyevinrəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədənail olduğunu nümayiş etdirdi. 44 günlük İkinci Qarabağmüharibəsində qazandıgımız Zəfər, Şuşada, Xankəndidə, Xocalıda,işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanan BayrağımızUlu Öndərin vəsiyyətinin gerçəkləşməsi, müstəqilliyimizin əbədiqarantı Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin təqdimatıkimi dəyərləndirilir. Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz vədönməzdir!

Təbii ki, Ulu Öndər Heydər Əliyevin zamana və məkana sığmayanxidmətlərini bir yazıda əhatə etmək çətindir. Bu fikir daim xüsusiqeyd edilir ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanınmürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcılmübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli və dahişəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhzÜmummilli Liderin zəkasının işığında qədəm qoydu. Davamlı yüksəlişyolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyət HeydərƏliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən ölkəmizinhəyatında mühüm dönüş nöqtələrindən biri kimi Yeni AzərbaycanPartiyasının yaradılmasını xüsusi qeyd etməliyik. 1992-ci ilinnoyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bugün isə böyük əminliklə qeyd edirik ki, Ümummilli Liderin bugününvə gələcəyin partiyası kimi dəyərləndiyi Yeni Azərbaycan Partiyasıölkədə gedən bütün proseslərin mərkəzində dayanır. YAP nəinkiölkəmizin, regionun aparıcı təşkilatıdır. Ən əsası YAP ənənələriolan partiyadır. Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizinreallıqları əsasında təsdiqlədiyi, müasir çağırışları özündə ehtivaedən “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramındanirəli gələn vəzifələri uğurla yerinə yetirir. Tarixi Zəfərimiz bupartiyanın həyatında da yeniliklərə, təkmilləşməyə yol açdı.Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar, yeniformalaşan tərkib Yeni Azərbaycan Partiyasının həyatında yenimərhələ oldu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı iləAzərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanınpartiyanın Sədrinin Birinci müavini təyin edilməsi YAP-ın həyatındamühüm hadisə kimi dəyərləndirildi.

Bakı. Trend:

Ulu Öndərin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyevsiyasətinin davamının, bugünkü və gələcək uğurların əsası oldu.Azərbaycan əməkdaşlıq və sülh gündəliyinin müəllifi kimi dünyanındiqqətindədir. Bu ilin avqust ayında dövlət başçısı İlham ƏliyevinABŞ-a səfəri mühüm nəticələrlə tarixə yazıldı. Prezident İlhamƏliyevin qeyd etdiyi kimi, avqustun 8-də Vaşinqtonda baş verənlər,əslində, Cənubi Qafqazda qarşıdurmanın və gərginliyin sonudeməkdir. Otuz ildən çox davam edən işğala 44 günlük Vətənmüharibəsi nəticəsində son qoyuldu və Azərbaycan ədaləti,beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geriqaytardı. Vaşinqton razılaşması münaqişənin, müharibənin sonudur.Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülhsazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-dəVaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycanmünasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğubarədə Azərbaycanın baxışına əsaslanır. Vaşinqton sazişi CənubiQafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və YaxınŞərq üçün tamamilə yeni imkanlar açır.

Bu gün azad Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir.Soydaşlarımız doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayır.Artıq 6 şəhər, 2 qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub.Azad edilmiş bütün ərazilərimiz quruculuq meydanına çevrilib.Aparılan genişmiqyaslı bərpa-quruculuq işləri şəhərsalmanınAzərbaycan təcrübəsini dünyaya təqdim edir. Ağdamda, Zəngilanda vəXankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarıAzərbaycanın malik olduğu imkanların, təcrübənin təqdimatı oldu.2026-cı ildə isə Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək.Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ənnüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cüSessiyası keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu ForumBMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından sonra ikinciən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bumühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobalmiqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrindəAzərbaycanın artan liderliyini nümayiş etdirir.

Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği məqsədiləyaradılan Heydər Əliyev Fondunun xidmətləri də ölçüyəgəlməzdir.Fondun Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gördüyü işlərinmiqyası olduqca böyükdür. Hazırda bütün səylər işğaldan azadedilmiş ərazilərimizin bərpasına yönəldilib. Bu baxımdan Fondunerməni vəhşiliklərinə şahidlik edən tarixi və dini abidələrimizinbərpası istiqamətində fəaliyyətini xüsusi vurğulamaq gərəkdir.Fondun hər bir layihəsi qalib Azərbaycanın təqdimatına xidmət edir.Hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevindövlətimiz, xalqımız qarşısında xidmətlərinin təbliği dayanır.

Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanın bütün sahələrdəinkişafını, tərəqqisini qaçılmaz edir. Yeni dövrə qədəm qoyanAzərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkəərazisində prezident, parlament və bələdiyyə seçkilərininkeçirilməsinə nail oldu. Tariximizin növbəti qürurverici səhifələriyazıldı. Dövlət başçısı İlham Əliyev ötən ilin fevralında keçirilənprezident seçkilərində inamlı qələbəsindən sonra andiçməmərasimində “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illərolmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycanxalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərəbaxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cüildə verdiyim bütün vədlər yerinə yetirildi” söyləyərək onu daəlavə etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq,Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik,Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq,Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla dadavam edəcək.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, ÜmummilliLider Heydər Əliyevin ideyaları bundan sonra da Azərbaycanındavamlı uğurlarının əsası olacaq. Nə qədər ki, Azərbaycan dövləti,Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərəəmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın millisərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər birazərbaycanlının şərəfli vəzifəsidir.

Vüqar Rəhimzadə,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
37
10
az.trend.az

3Источники