RU

Tovuz sakini söyüş söyən qonşusuna xəsarət yetirdi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Tovuz rayonunda iki nəfər arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Cəlil kənddə yerləşən yaşadığı evin qarşısında nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu İlqarın sifət nahiyyəsindən bir dəfə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətləri yetirib. Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bu işə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət işinin icraatına xitam verilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
demokrat.az

1Источники